Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb

25 Aprel 2024

149

“Bu, biabırçı qətnamədir... makulaturadır”.

“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze partiyanın ofisində keçirilən təcili brifinqdə bu barədə danışıb və növbəti dəfə anti-Avropa bəyanatları verib.

"Bu gün Avropa Parlamenti daha bir biabırçı qətnamə qəbul edib. Bu makulaturanı dəstəkləyən deputatlar bir daha Avropa institutunu və Avropa ideyasını təhqir ediblər. 

Əvvəldən axıra qədər lobbizmə qərq olmuş deputatlar gürcü xalqına dedilər ki, biz Mixail Saakaşvilini azad etməliyik... Eyni zamanda biabırçı qətnamənin müəllifləri Bidzina İvanişvilinin sanksiyasını tələb ediblər, - Kaladze bildirib.


mənbə: interpress


Oxşar xəbərlər