Holland aktyor müsəlman oldu

25 Aprel 2024

131

Məşhur niderlandlı aktyor Donni Ryölvink İslam dinini qəbul edib.

Xeber.ge xəbər verir ki, onun şəhadət gətirərək müsəlman olduğu anların görüntüləri sosial şəbəkələrdə çoxlu baxış yığıb.

“Mən gözləməzdim ki, bu qədər insanın (mənim müsəlman olmağıma) diqqət yetirəcək. Həmin gün mənim üçün xüsusi oldu”, – deyə o qeyd edib.

Donni deyir ki, keçirdiyi ağır avtoqəzadan sonra həyatın mənası barədə düşünməyə başlayıb. Xəstəxanada uzun müddət müalicə aldığı dövrdə daha öncə də oxumuş olduğu Qurani-Kərimi yenidən oxuyub, ağır travmalarına baxmayaraq, o halındaca ömründə ilk dəfə oruc tutub və bütün bunların nəticəsində də müsəlman olub.


mənbə: az.shafaqna.com


Oxşar xəbərlər

İslamda ictimai nəzm

10 May 2024

95