Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA

24 Aprel 2024

123

İsrail ordusunun Qəzza sektoruna qarşı hücumları və hərtərəfli blokadası artıq 200 gündür ki, davam edir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi bombardman qurbanlarının sayı barədə ən son məlumatları dərc edib.

Qeyd edilib ki, 2023-cü il 7 oktyabrdan bəri İsrail ordusu tərəfindən qətlə yetirilmiş günahsız qəzzalıların sayı 34 183 nəfərə çatıb. Həmçinin indiyədək 77 143 dinc Qəzza sakini də xəsarət alıb. Vurğulanıb ki, öldürülən və yaralanan qəzzalıların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Bundan başqa, minlərlə dinc fələstinlidən isə xəbər yoxdur.


mənbə: az.shafaqna.com


Oxşar xəbərlər