Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO

18 Aprel 2024

240

Xeber.ge xəbər verir ki, “Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının yeni nəslini təqdim edib.

Şirkətin saytında bildirilib ki, əvvəlki model hidravlik ötürücülərə əsaslanırdı.

Yeni Atlas artıq müxtəlif sənayelərdə istifadə olunan “Stretch” robot qolu və “Spot” robot iti ilə birlikdə kommersiya məhsulu olacaq.

Şirkətin ilk müştərisi “Hyundai”dır. O, insanabənzər robotu avtomobil istehsalat müəssisələrində sınaqdan keçirmək üçün istifadə edəcək. Testlər 2025-ci ildə başlanacaq.


mənbə: oxu.az


Oxşar xəbərlər