İraq İranı müdafiə etdi

15 Aprel 2024

140

İranın İsrailə hücumu “təbii hüquqdur və beynəlxalq hüquqla təmin edilən cavabdır”.

Xeber.ge xəbər verir ki, bu fikri İraq Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən Möhsün əl-Məndalavi deyib.

“İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücuma cavabı onun beynəlxalq hüquq və qanunlarla təmin edilmiş təbii və qanuni haqqıdır”, - deyə əl-Məndalavi bildirib.

Aprelin 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı və 146 raket zərbəsi endirib. İsrail atılan maşınların əksəriyyətinin vurulduğunu, İran isə nəzərdə tutulan hədəflərin vurulduğunu açıqlayıb.

Bundan əvvəl ABŞ İranın hücumu halında İsrailə dəstək vəd etmişdi.


mənbə: oxu24.com


Oxşar xəbərlər