İsrail İran səfirliyini hədəfə aldı, ölənlər var – VİDEO

02 Aprel 2024

131

Xeber.ge xəbər verir ki, İsrail hava qüvvələri işğal altındakı Qolan təpələrindən İranın Dəməşqdəki səfirlik binasını hədəfə alıb.

SANA-ya görə, binaya ciddi xəsarət dəyib və diplomatik korpusdakı insanların hamısı hədəfə məruz qalıb.

Mehr agentliyi hücum zamanı SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən general Məhəmmədrza Zahidinin şəhid olduğunu açıqlayıb.

İran tərəfi hücuma cavab verəcəklərini bildirirlər.

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib: “Bu bina F- 35 qırıcıları və 6 raketlə hücuma məruz qalıb . Mən səfirlikdəki iş yerimdə idim”.

 4 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirir.


mənbə: az.shafaqna.com


Oxşar xəbərlər