Qəzzada öldürülən uşaqların sayı 14 mini keçdi

20 Mart 2024

144

İsrailin 165 gündür ki, davam edən hücumları nəticəsində Qəzza sektorunda qətlə yetirilən uşaqların sayı 14 mini keçib.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyindən məlumat verilib.

Həlak olan qəzzalı qadınların sayı isə 9,22 mini keçib.

Ümumilikdə isə 7 oktyabrdan bəri Qəzza sektorunda azı 31 819 günahsız fələstinli öldürülüb, 73 934 mini isə yaralanıb (böyük əksəriyyət uşaqlar və qadınlardır).

17 min qəzzalı uşaq bir və ya hər iki valideynini itirərək yetim qalıb.


mənbə: iqna


Oxşar xəbərlər