Qəzzada aclıqdan ölənlərin sayı ARTMAQDADIR

07 Mart 2024

165

Qəzza sektorunda aclıq və susuzluqda dünyasını dəyişənlərin sayı artmaqdadır.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorundakı Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, 15 yaşındakı fələstinli uşaq və 72 yaşlı bir kişi də aclıq və susuzluq səbəbi ilə dünyalarını dəyişiblər.

Bununla da, qeyd edilən faktorla ölənlərin sayı 20-yə çatıb.

Qeyd edlib ki, bu rəqəm xəstəxanalardan qeydə alınan rəqəmlərdir, real say isə daha çoxdur. Və aclıqdan vəfat edənlərin əksəriyyətini də uşaqlar təşkil edir.

Bölgədəki aclıq və susuzluğa səbəb İsrailin Qəzza sektorunu hərtərəfli blokada altında saxlamasıdır.

Xatırladaq ki, 2023-cü il 7 oktyabrdan davam edən İsrail bombardmanları nəticəsində həlak olan günahsız Qəzza sakinlərinin sayı 30 717 nəfərə çatıb, 72 156 dinc qəzzalı isə yaralanıb.


mənbə: az.shafaqna.com


Oxşar xəbərlər